Suriyada azərbaycanlı qadın və azyaşlı uşaqları İŞİD tərəfindən öldürülüb
Ötən il Bakıdan Suriyaya gedən azərbaycanlı qadın və iki azyaşlı uşağı İŞİD tərəfindən qəddarcasına öldürülüb.
1news.az-ın Middleeastpress.com-a istinadla verdiyi xəbərə görə, qadının uşaqları – qız yeddi yaşında, oğlan isə üç yaşında münaqişə zonasında öldürülüb.
Nəşrin məlumatına görə, qadının əri Fikrət Əliyev 2015-ci ildə Suriyaya gedərək döyüşçülərə qoşulub. 4 ay keçdikdən sonra F.Əliyev öldürülür və onun ailəsi döyüşlər gedən ərazidə qalır.
Həmçinin nəşr qeyd edir ki, son illər Azərbaycan vətəndaşları ailələri ilə birlikdə Suriya və İraqdakı müharibədə iştirak etmək üçün gedir. Bəziləri isə həyat yoldaşı və uşaqlarını Azərbaycanda saxlayır.
1news.az
871