Lənkəranda işlədikləri şirkəti qarət edən şəxslər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda işlədikləri şirkəti qarət edən şəxslər tutulub

17:28 - 26 / 01 / 2017
Lənkəranda işlədikləri şirkəti qarət edən şəxslər tutulub

Lənkəran şəhərində işlədikləri şirkətdən oğurluq edən şəxslər polislər tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də şəhər ərazisindəki MMC-lərdən brinin ofisindən müşahidə kamerasının yaddaş qurğusunu, içərisində 4854 manat, 7397 ABŞ dolları pul, möhür, habelə qızıl əşyalar olan seyfi oğurlamaqda şübhəli bilinən orada işləyən şəhər sakinləri Ruslan Əzimov və tanışı, əvvəllər məhkum olunan Əvəz Əkbərov tutulublar.

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər