Aytən Mustafazadə: Məcburi köçkünlər üçün vahid müavinət prezidentin sosial yönümlü siyasətinin nümunəsidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Aytən Mustafazadə: Məcburi köçkünlər üçün vahid müavinət prezidentin sosial yönümlü siyasətinin nümunəsidir

19:15 - 26 / 01 / 2017
Aytən Mustafazadə: Məcburi köçkünlər üçün vahid müavinət prezidentin sosial yönümlü siyasətinin nümunəsidir

İqtisadi böhranın çətin olduğu şəraitdə Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərman dövlət başçısının apardığı siyasətin sosial xarakterini göstərir.

Bu fikirləri İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisdə İnsan hüquqları komitəsinin üzvü AytənMustafazədə bildirib.

Yanarın 23-də Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Aytən Mustafazadənin sözlərinə görə, məcburi köçkünlərin doğma yurd-yuvalarını itirməsi faktı da nəzərə alınmalıdır. Lakin bununla yanaşı, unutmaq olmaz ki, onlar uzun illər evlə, təhsil almaq və digər güzəştlərlə təmin ediliblər.

“İndi isə müxtəlif kommunal güzəştlər əvəzinə dövlət onlara yardım etmək üçün vahid müavinət verir. Bu məbləği Qarabağ müharibəsi veteranları, əlillər və digər aztəminatlı sakinlər də alır. Lakin məcburi köçkünlər arasında əmək qabiliyyətinə malik insanlar da az deyil. Onlar çalışaraq özlərini təmin edə bilərlər. Həmçinin cəmiyyətin elə təbəqəsi var ki, məsələn, təqaüdçülər, əlillər – onların dövlətin dəstəyinə ehtiyacı var”.

Qeyd edək ki, məcburi köçkünlər üçün güzəştlər – ay üzrə bir nəfərə görə 150 kVt/saat elektrik, 35 kubmetr qaz, 5 kubmetr su, ərzaq, eləcə də məişət tullantılarının daşınması və ev telefonu ödənişindən azad edilirlər. Bundan əlavə, məcburi köçkün ailələrindən olan uşaqları universitetə qəbul olarakən ödənişdən azad edilirlər.

Aytən Mustafazadənin sözlərinə görə, dövlət xərclərinin optimallaşdırılması və böhranla mübarizə ilə bağlı digər tədbirlər Azərbaycanın iqtisadi böhran və inflyasiyanın öhdəsindən gəlməyə, iş yerlərinin saxlanılmasına imkan verir.

Yanvarın 24-də Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nı təsdiq edib.

Yanvarın 24-də AzTV-yə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək:

 “Fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər”.

Baş nazirin müavini bildirib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir.

“Həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq. Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək”.

Həmçinin telekanalın reportajına görə, məcburi köçkünlər yeni qərarla razıdırlar. Belə ki, Kəlbəcərdən olan məcburi köçkün Musa Məmmədov bildirir ki, əvvəllər qaz, işıq və suya görə müxtəlif müəssisələrə gedərək güzəştləri yükləməli oldurdu. Bu da vaxt itkisinə səbəb olurdu:

 “İndi isə litim karta yüklənəcək”.

Kəlbəcərdən olan digər məcburi köçkün Musa Əzizov bildirir ki, əvvəllər bütün litimi elektrik enerjisinə sərf edərdilər:

“İndi isə işığa 30 manat xərcləyəcəyəm. Qalan pul isə bizə qalacaq. Heç kəs bundan sui-istifadə etməyəcək”.

1news.az

Paylaş:
1254

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər