Rusiya XİN Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib

12:51 - 27 / 01 / 2017
Rusiya XİN Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrovun bu ay azərbaycanlı və erməni həmkarları ilə apardığı danışıqları şərh edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Sergey Lavrovun Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşlərində müzakirə olunan məsələlərin ictimaiyyətə açıq olan hissəsinin mətbuat xidməti tərəfindən yayıldığını söyləyib:

“Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr haqqında məndə əlavə məlumat yoxdur. Bildiyiniz kimi, bu, çox həssas mövzudur. Sözsüz ki, danışıqlar çox konstruktiv keçib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılıb. Bu görüşlərin yekunlarına dair nə deyilməliydisə, deyilib”.

APA

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər