Azərbaycandan Ümrə ziyarətinə ikinci qrup gələn ay yola düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan Ümrə ziyarətinə ikinci qrup gələn ay yola düşəcək

16:40 - 28 / 01 / 2017
Azərbaycandan Ümrə ziyarətinə ikinci qrup gələn ay yola düşəcək

Fevralın 2-də Azərbaycandan Ümrə ziyarətini yerinə yetirmək üçün ikinci qrup yola düşəcək.

1news.az xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, ikinci qrupda 70 nəfər yer alıb:

“Onlar on gün müddətində ziyarətlərini başa vuracaqlar”.

Qeyd edək ki, Ümrə ziyarətinə gedənlər müvafiq olaraq 1 550 və 2 230 dollar vəsait ödəyirlər.

1news.az

Paylaş:
609

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər