Serena Uilyams “Böyük dəbilqə” seriyasında 23-cü qələbəsini qazanıb | 1news.az | Xəbərlər
İdman

Serena Uilyams “Böyük dəbilqə” seriyasında 23-cü qələbəsini qazanıb

18:21 - 28 / 01 / 2017
Serena Uilyams “Böyük dəbilqə” seriyasında 23-cü qələbəsini qazanıb

Amerikalı Serena Uilyams finalda böyük bacısı Vinusu məğlub edərək tennis üzrə Avstraliya açıq çempionatının qalibi olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Melburn şəhərində keçirilən final görüşü 2:0 (6:4, 6:4) hesabı ilə Serenanın xeyrinə nəticələnib.

Beləliklə, Serena Uilyams Avstraliya açıq çempionatında 7-ci, “Böyük dəbilqə” seriyasında isə 23-cü qələbəsini qazanaraq, alman tennisçisi Şteffi Qrafın (22) rekordunu təzələyib.

Qeyd edək ki, turnirin kişilər arasında finalı yanvarın 29-da bolqar Qriqor Dimitrovu məğlub edən ispaniyalı tennisçi Rafael Nadal və həmyerlisi Stanislas Vavrinka üzərində qələbə qazanan isveçrəli Rocer Federer arasında keçiriləcək.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər