“Qarabağ” “Neftçi”yə, “Zirə” AZAL-a qarşı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Neftçi”yə, “Zirə” AZAL-a qarşı

13:25 - 29 / 01 / 2017
“Qarabağ” “Neftçi”yə, “Zirə” AZAL-a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Zirə” öz meydanında autsayder AZAL-ı qəbul edəcək.

Qonaqlar sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmalıdır. “Zirə” isə qələbə sayəsində 5-ci pilləyə yüksələ bilər.

Turun mərkəzi oyununda isə lider “Qarabağ“ əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Qış fasiləsində demək olar ki, heyətini dəyişən “Neftçi“nin Ağdam klubuna qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

15:00 “Zirə” – AZAL

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Murad Məmmədov

Zirə İdman Kompleksinin stadionu

17:30 “Qarabağ” – “Neftçi”

Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Xaqani Məmmədov

“Azersun Arena”

1news.az

Paylaş:
725

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər