İş yoldaşı olan sevgililərin DƏHŞƏTLİ SONU
Bu gecə Xaçmaz rayonunun Qarabağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin təfərrüatı məlum olub.
1news.az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, kənd ərazisində yerləşən evdə meyiti tapılan 49 yaşlı Namiq Tağıyev və 41 yaşlı Xalidə Mustafayeva iş yoldaşı olub. Dünən onların telefon zənglərinə cavab vermədiyini görən yaxınları evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıblar.
Bildirilir ki, N.Tağıyev və X.Mustafayeva ailələri ilə birgə Bakıda yaşayıb. Onlar paytaxtdakı özəl şirkətlərdən birində çalışıblar və aralarında isti münasibət yaranıb. Bir neçə gün əvvəl isə N.Tağıyev Xalidə ilə birgə özünə məxsus avtomobillə Xaçmaza gedib. Onlar Xaçmazda N.Tağıyevə məxsus olan və Qarabağlı kəndində yerləşən evdə qalıblar və qaz sobasının otağa dolduruğu qazdan boğularaq vəfat ediblər.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, N.Tağıyev evli, X.Mustafayeva isə subay olub.
1news.az