Ötən il yol qəzalarında 759 nəfər ölüb, 2003 nəfər isə yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il yol qəzalarında 759 nəfər ölüb, 2003 nəfər isə yaralanıb

15:35 - 30 / 01 / 2017
Ötən il yol qəzalarında 759 nəfər ölüb, 2003 nəfər isə yaralanıb

2016-cı il ərzində Azərbaycan ərazisində 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, baş vermiş hadisələr nəticəsində 759 nəfər həlak olub, 2003 nəfər yaralanıb.

2015-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 214 fakt (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalıb.

Bakı şəhəri ərazisində 684 yol nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 192 nəfər həlak olub, 691 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol nəqliyyat hadisəsinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 113 fakt (14,2 %), 37 nəfər (16,2 %) və 159 nəfər (18,7 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisəsinin 95,2 %-i (1910) sürücülərin yol hərəkət qaydalarını pozmaları, o cümlədən 38,1 %-i (764) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,6 %-i (453) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8 %-i (257) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7 %-i (34) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol nəqliyyat hadisəsinin 44 %-ni (882) piyadaların vurulması təşkil edib, nəticədə 319 piyada həlak olub, 643-ü yaralanıb. 59 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkət qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində 53 nəfər uşaq və yeniyetmə həlak olub, 186 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində həlak olmuş 759 nəfərdən 583-nü kişilər, 176-ni qadınlar, xəsarət almış 2003 nəfərdən isə 1414-nü kişilər, 589-nu qadınlar təşkil ediblər.

1news.az

Paylaş:
458

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər