Ermənistan yenə əndazəni aşır: Hamburq görüşündən sonrakı proseslərə qısa baxış – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan yenə əndazəni aşır: Hamburq görüşündən sonrakı proseslərə qısa baxış – Newtimes.az

17:15 - 30 / 01 / 2017
Ermənistan yenə əndazəni aşır: Hamburq görüşündən sonrakı proseslərə qısa baxış – Newtimes.az

Rəsmi İrəvan növbəti dəfə yalan kampaniyasına baş vurub. O, Hamburqda ATƏT-in növbəti sammitindən sonra ağırlaşmış vəziyyətini düzəltmək üçün Azərbaycana qarşı "qara piar" fəaliyyətinə başlayıb. Danışıqlar prosesinin dalana dirənməsində Azərbaycan hakimiyyətini günahlandıran ermənilər heç bir ədalət sərhədini gözləmədən reallığı təhrif edirlər.

Qəribədir ki, bu məqamda da erməni işğalçılarına himayədarlıq etməyə çalışan dövlətlər meydana çıxır. Onlar işğalçıdan zəbt etdiyi ərazilərdən çıxmağı tələb etmək əvəzinə, Azərbaycanı nələrdəsə ittiham etməyə çalışırlar. Təəssüf doğuran haldır. Bunlara baxmayaraq, Azərbaycan rəhbərliyi danışıqları davam etdirməyə hazır olduğunu bəyan edir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zərurətini vurğulayır.

Apreldən sonra: erməni təxribatının yeni təzahürləri

Ermənistan tərəfi destruktiv xarici siyasətindən və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaqdan vaz keçmir. Son dövrlərdə vasitəçilərin bu məsələ ilə bağlı müəyyən addımlar atmaq istəyinə rəğmən, İrəvan yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirərək, Azərbaycanı günahlandırmağa çalışıb. Ermənilər adətləri üzrə işğal etdikləri ərazilərdən çəkilmək əvəzinə, özlərinə himayədar axtarır və bunun fonunda Azərbaycanın imicinə zərbə vurmağa cəhdlər edirlər. Hamburq görüşündən sonra bu əsassız ssenari özünü göstərdi.

Onu deyək ki, ötən il dekabrın 8-9 tarixlərində Almaniyanın Hamburq şəhərində ATƏT-in iki günlük sammiti olub. Tədbirdə Ukrayna məsələsi ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr aparılıb. Dekabrın 8-də axşam Fransanın xarici işlər naziri Jan-Mark Eyro "2+3" (münaqişə edən tərəflər+həmsədr ölkələr) formatında görüş keçirilməsini təklif edib.

Ancaq Ermənistanın pozucu mövqe tutması üzündən bu görüş baş tutmayıb. Onlar bəhanə kimi ABŞ dövlət katibi Con Kerrinin Hamburqu tez tərk etməsini göstərirlər. Lakin reallıq ondan ibarətdir ki, İrəvan birbaşa müzakirələrdən qaçır və bu zaman müxtəlif bəhanələr uydurur. Bu da səbəbsiz deyil, çünki Ermənistanın haqsız mövqedə olduğu hamıya məlumdur, artıq erməni diplomatiyası tutarlı arqument gətirə bilmir.

Beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə işğalçı erməni ordusunun Azərbaycan ərazilərindən çıxması vacib şərt kimi vurğulanır. Hamburqda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirləri qəbul etdikləri son bəyanatda da göstərirlər ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ətrafında zəbt edilmiş rayonları tərk etməli, məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Bu haqda rəsmi İrəvan və onun əlaltı ekspertləri kəlmə belə kəsmirlər. Əvəzində, həmin bəyanatda yer almış güc tətbiq etmənin qəbulolunmaz olması ilə əlaqəli fikirlə spekulyativ manipulyasiyalar etməyə çalışırlar.

Erməni tərəfi güc tətbiqi dedikdə, Azərbaycanı nəzərdə tutur. Guya Azərbaycan kiminsə torpağını işğal edib və indi də zor işlətməyə çalışır. Məsələni bu cür əsassız və həyasız formada qoymaqla Ermənistan həqiqəti ört-basdır etməyə çalışır. Ancaq artıq çox gecdir. Azərbaycan diplomatiyası kifayət qədər konkret faktlarla nəyin nə olduğunu dünyaya sübut edib. Onlardan yalnız bəzilərini xatırladaq.

2014-cü ilin sonlarında Parisdə prezidentlərin görüşündən sonra Ermənistanın işğalçı ordusunun bölmələri təmas xəttində dalbadal təxribatlara əl atdılar. Nəticədə, Azərbaycanın mülki əhalisi arasında itkilər oldu, maddi ziyan dəydi. Bakı bir neçə dəfə düşməni sakitliyə dəvət etdi, atəşkəs rejiminə əməl etməyə çağırdı. Buna əhəmiyyət verməyən Ermənistanın təcavüzkar ordusuna qarşı Azərbaycan əks-həmləyə keçməyə məcbur oldu. Apreldə baş verən bu hadisə nəticəsində ermənilər ağır itki verərək, geri çəkildilər. Ancaq 6 nəfər azərbaycanlı mülki şəxs həyatını itirdi, 33 nəfər yaralandı. Bir sıra yaşayış yerlərinə, dövlət əhəmiyyətli obyektlərə, məktəb və uşaq bağçalarına ciddi zərər dəydi. Aprelin 5-də atəşkəs əldə edildi, lakin həmin ayın 26-27-də yenidən erməni tərəfi mülki əhalini ağır artilleriya atəşinə tutdu.

Başqa bir fakt kimi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 45 minlik ordu ilə təxribat xarakterli hərbi təlim keçirməsini göstərmək olar. Həmin vaxtlarda erməni tərəfinin təxribatı nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus bir hərbi helikopteri Azərbaycan əsgərləri vurmağa məcbur oldular. Çünki həmin helikopter Azərbaycan ərazisi boyunca təxribat xarakterli manevrlər edir, bizim mövqelərə çox yaxınlaşırdılar. Bu insidentdən də İrəvan öz marağına uyğun istifadə etməyə çalışdı, lakin bir nəticə alınmadı. Buna baxmayaraq, həmin tip hərəkətlər danışıqlar prosesinə mənfi təsir göstərir. Şübhə yoxdur ki, rəsmi İrəvan bunları bilə-bilə təxribatlara əl atır. Əsas səbəb isə ondan ibarətdir ki, öz təcavüzkarlığını pərdələmək və onun ömrünü uzatmaq üçün daim suyu bulandırır. Vəziyyəti elə təqdim etməyə çalışır ki, vasitəçilər konkret qərar verə bilməsinlər. Bu aspektdə bir məqamı da etiraf etmək gərəkdir.

İşğalçını himayə: böyük səhvlərin acı nəticələri haqqında

Məsələ ondan ibarətdir ki, böyük dövlətlər, o cümlədən Minsk qrupunun həmsədrləri arasında təcavüzkarı açıq, yaxud gizli dəstəkləyənlər vardır. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Hamburqda ona verilən suala cavabı ilə yuxarıda vurğuladığımız məqamı təsdiqləmiş oldu. O, azərbaycanlı jurnalistin danışıqların dalana dirənməsi səbəbləri haqqında verdiyi suala belə reaksiya verib: "Mən barmaqla göstərmək istəmirəm, ancaq buna görə cavabdeh bu ilin aprelində münaqişə yaradanlardır ki, onun nəticəsində çoxlu sayda insan zərər gördü" (bax: Штайнмайер указал азербайджанскому журналисту / "Lragir.am", 8 dekabr 2016). O, sözlərinə davam edərək ATƏT-in münaqişəni həll etmədiyini, yalnız onun alovlanması riskini azaltmaq iqtidarında olduğunu ifadə edib. Münaqişənin həllinə isə tərəflərin özlərinin kompromisə gəlmələri əsasında nail olmaq mümkündür (bax: əvvəlki mənbəyə).

İlk baxışdan normal görünən bu fikirlər reallıqda əsl ermənipərəstliyi ifadə edir. Daha konkret desək, rəsmi İrəvanı himayə etməyin son nümunələrindən biridir. Çünki alman nazir Ermənistanın təcavüzünü heç yada salmır. Münaqişə ötən ilin aprelində başlayıb? Keçən əsrin 80-90-cı illərindən kənar qüvvələrin aktiv dəstəyi ilə erməni hərbi birləşmələri Azərbaycan ərazisini işğal etməyə çalışır. BMT Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib. Bəs ötən ilin aprelinə qədər həmin sənədlərdə qoyulan şərtlərə Ermənistan niyə əməl etməyib? Və Frank-Valter Ştaynmayer hansı ədalətlə gizli də olsa, Azərbaycanı münaqişənin həll edilməməsində günahlandırmağa çalışır? Onun bu mövqeyi ilə Con Kerrinin dedikləri arasında hansı fərqlər vardır? Heç bir fərq yoxdur.

Aprel müharibəsinin həqiqətləri isə belədir: Ermənistan təxribat törətməklə danışıqlar prosesində mürəkkəb vəziyyət yaratmağa çalışdı. Ağır zərbə alandan sonra isə başladı böhtan kampaniyasına. Yəni birbaşa Ermənistan apreldə aranı qatdı və meydana yeni problemlər çıxardı. Lakin çox təəssüflər olsun ki, Almaniya da daxil olmaqla bəzi böyük dövlətlər bunu etiraf etmirlər, özünü müdafiə edən Azərbaycanın üzərinə hansısa məsuliyyətlər qoymağa çalışırlar. Təbii ki, bu, alınan deyil.

Serj Sarkisyanın yenidən işğal olunan ərazilərə səfər etməsinə və orada müharibəyə hazır olma təlimatı verməsinə həmsədrlərdən heç bir reaksiyanın olmaması yuxarıda vurğulanan kontekstdə son dərəcə düşündürücüdür. Erməni liderin bu cür qanunsuz hərəkətinə niyə qiymət verilmir? Və bu belə davam etdikcə münaqişənin həlli mümkündürmü? Çətin ki, belə olsun!

Ancaq belə hərəkətlərlə danışıqlar prosesi uzadılır, ortaya yeni qeyri-müəyyən məqamlar atılır. Rəsmi Bakı bütün bunlara rəğmən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsinə çalışır. Bu bağlılıqda Azərbaycan Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək.

Beləliklə, rəsmi İrəvan növbəti dəfə bütün əndazələri və diplomatik etiket qaydalarını pozmaqdadır. Həmsədrlər isə konkret və təsirli addımlar atmırlar. Bəziləri təcavüzkara himayədarlığını davam etdirir. Münaqişə isə həllini tapmır. Bunların heç kəsə faydası yoxdur. Anlamağın zamanı çoxdan çatıb, hətta keçir də!

Newtimes.az

Paylaş:
488

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər