Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri təltif edilib

18:57 - 30 / 01 / 2017
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri təltif edilib

Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Qritçenko Aleksandr Aleksandroviç

Səttarova Fatma Hüseyn qızı”.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər