Keçən il heyvanların mühafizəsi sahəsində 228 akt və 136 protokol tərtib olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il heyvanların mühafizəsi sahəsində 228 akt və 136 protokol tərtib olunub

21:44 - 30 / 01 / 2017
Keçən il heyvanların mühafizəsi sahəsində 228 akt və 136 protokol tərtib olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində heyvanlarınmühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

1news.az-ın məlumatına görə, heyvanların mühafizəsi üzrənazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 66 akt və 111 protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 112 iş üzrə 123600 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyanla bağlı 93 iş üzrə 915,6 manat məbləğində iddia qaldırılıb və 673 iş üzrə 19738,19 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 23 işdən 9-na, icra qruplarına göndərilən 42 işdən 25-nə və məhkəmələrə göndərilən 10 işdən 3-nə baxılıb. Qalan işlər isə hazırda icraatdadır.

Balıq ehtiyatlarının mühafizəsi üzrə hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 162 akt və 25 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 2 müddətli “məcburi göstəriş” verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 2 iş üzrə 5700 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyanla bağlı 89 iş üzrə 40717 manat məbləğində iddia qaldırılıb.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 18 işdən 9-na və məhkəmələrə göndərilən 88 işdən 24-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.

1news.az

Paylaş:
480

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər