Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı hazırki vəziyyətlə bağlı məlumat yayıb
Hava şəraiti ilə bağlı paytaxtın yollarında fövqəladə vəziyyət müşahidə olunmayıb.
Bu haqda 1news.az-a Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sürücülərin ehtiyatlı sürməsi səbəbindən Tbilisi, Ziya Buniyadov, Azadlıq və Mətbuat prospektlərində, A.Bakıxanov və A.M.Şərifzadə küçələrində, həmçinin 20 Yanvar dairədə sıxlıq var:
“Xüsusi fövqəladə vəziyyət yoxdur, gündəlik həyat şəraiti müşahidə olunur”.
M.Ağayev xatırladıb ki, Agentlik şənbə günü sürücülərə qarla, həmçinin yolların buz bağlaması ilə əlaqədar olaraq sürət limitinə nəzərət etmələrini müraciət edib:
“Əgər axşam vəziyyət dəyişərsə yenidən sürücülərə müracitə edəcəyik”.
Xatırladaq ki, yanvarın 28-də Azəbaycanın bir çox regionlarına qar yağıb. Bakı və Abşeron yarımadasında qarın hündürlüyü 1-6 sm təşkil edib.
1news.az