Nazir: Şübhəniz olmasın, bütün işğal olunmuş torpaqlar azad ediləcək
“Heç şübhə etmirəm ki, işğal olmuş bütün rayonlar azad ediləcək”.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, ilk olaraq Cocuq Mərcanlı kəndinin bərpası hökumət tərəfindən aparılacaq. Sonra isə bu işə beynəlxalq təşkilatlar da cəlb edilə bilər:
Bu bir günlük proses deyil. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Gərək təqdim edəsən, cəlb edəsən”.
1news.az
696