Bakıda restoranda narkotik maddə qəbul edən şəxs ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda restoranda narkotik maddə qəbul edən şəxs ölüb

14:34 - 31 / 01 / 2017
Bakıda restoranda narkotik maddə qəbul edən şəxs ölüb

Bakıdakı “McDonalds” restoranlarından birində ölüm hadisəsi baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə məşhur şəbəkənin Nərimanov rayonu F.T.Xoyski küçəsində yerləşən restoranında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Məmmədov “McDonalds”ın sanitar qovşağında narkotik maddə qəbul etməsi nəticəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

1news.az

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər