Azərbaycanda dövlət qeydiyyatına alınan nə qədər QHT və KİV var? - Statistika | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dövlət qeydiyyatına alınan nə qədər QHT və KİV var? - Statistika

20:48 - 31 / 01 / 2017
Azərbaycanda dövlət qeydiyyatına alınan nə qədər QHT və KİV var? - Statistika

“Azərbaycanda dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4 300-ü, KİV-lərin sayı isə 5 100-ü ötüb".

1news.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov yanvarın 31-də Ədliyyə Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər