Paytaxtda binada yanğın: 5 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda binada yanğın: 5 nəfər xilas edilib

09:30 - 31 / 01 / 2017
Paytaxtda binada yanğın: 5 nəfər xilas edilib

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinaən xəbər verir ki, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilmiş və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
515

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər