Bakıda qadın banka hücum edərək şüşələri sındırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın banka hücum edərək şüşələri sındırıb

12:11 - 31 / 01 / 2017
Bakıda qadın banka hücum edərək şüşələri sındırıb

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə “həyəcan” siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

1news.az

Paylaş:
548

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər