Təhsil İdarəsi: “Yoxlama” verilişinin 171 saylı məktəbdəki çəkilişi qanunsuz olub – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil İdarəsi: “Yoxlama” verilişinin 171 saylı məktəbdəki çəkilişi qanunsuz olub – VİDEO

12:30 - 31 / 01 / 2017
Təhsil İdarəsi: “Yoxlama” verilişinin 171 saylı məktəbdəki çəkilişi qanunsuz olub – VİDEO

Ümumtəhsil məktəblərdə foto və videoçəkilişlər, eləcə də reportajların hazırlanması “İnformasiya haqqında” qanunla tənzimlənir.

Bu haqda Bakı şəhər Təhsil İdarəsinə 1news.az-ın ünvanladığı sorğuya əsasən cavab verilib.

“Yoxlama” verilişinin rəhbərliyi 171 saylı məktəbdəki çəkilişlə bağlı Bakı şəhər Təhsil İdarəsindən sorğu almayıb, buna görə də çəkilişlər üçün razılıq da verilməyib.

İdarədən bildirilib ki, KİV bu məsələni əvvəlcədən işıqlandırarsa jurnalistləri maraqlandıran lazımi şərait yaradılar.

Bunda əlavə, qeyd edilir ki, “Təhsil haqqında”, “İnformasiya haqqında”, “KİV haqqında” və digər qanunverici aktlara əsasən KİV-lə effektiv əməkdaşlığa üstünlük verilir.

Xatırladaq ki, ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkiliş heyəti 171 saylı məktəbdə çəkiliş aparıb. Veriliş efirə getdikdən bir neçə gün sonra məktəbin direktoru vəfat edib.

1news.az-a mərhum Telman Qardaşovun yaxınları bildiriblər ki, onun vəziyyəti məktəbdə gedən çəkilişlərdən sonra pisləşib.

T.Qardaşov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1news.az

Paylaş:
823

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər