Azərbaycan BMT-nin Gənclər Forumunda təmsil olunur - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan BMT-nin Gənclər Forumunda təmsil olunur - FOTO

13:21 - 01 / 02 / 2017
Azərbaycan BMT-nin Gənclər Forumunda təmsil olunur - FOTO

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva BMT-nin İqtisadi və Sosial Şurasının Gənclər Forumunda iştirak edir.

Təşkilatdan 1news.az-a verilən məlumata görə, 6-cı dəfədir keçirilən Forumun builki mövzusu “Yoxsulluğun aradan qaldırılmasında gənclərin rolu” olub.

Forumda həm müxtəlif dövlətlərin rəsmi şəxsləri, həm də BMT-nin gənc səfirləri və QHT nümayəndələri iştirak edir. Gender bərabərliyi, təhsil, sağlam həyat tərzi, iqlim dəyişiklikləri kimi mövzuların müzakirə edildiyi Forumda BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə müzakirələr ön planda olub.

Müzakirələr zamanı çıxış edən Baş katib Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Milli Komissiyanın yaradıldığını diqqətə çatdırıb.

1news.az

Paylaş:
986

Son xəbərlər

Bütün xəbərlər