Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında illik tədbirlər planı imzalanıb
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
1news.az xəbər verir ki, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə vətəndaşların, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması, eləcə də gənc əsgərlərlə fərdi tərbiyə işinin təşkili, şəxsi heyətin ümumbəşəri, milli dəyərlər, hərbi vətənpərvərlik və tarixi ənənələr ruhunda tərbiyə edilməsi, hərbi kollektivin möhkəmləndirilməsində kiçik komandirlərin rolu və bir sıra digər mövzularda mühazirələr oxunacaq.
Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və ərazi hərbi prokurorlarının iştirakı ilə bir sıra mövzularda görüşlərin keçirilməsi də nəzərdə tutulub.
1news.az