Minik avtomobili ilə yük maşını toqquşdu, sürücülərdən biri öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Minik avtomobili ilə yük maşını toqquşdu, sürücülərdən biri öldü

09:32 - 01 / 02 / 2017
Minik avtomobili ilə yük maşını toqquşdu, sürücülərdən biri öldü

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda avtomobil yolunda “Lada” markalı minik avtomobili “Volvo” markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vzəiyyətdə qalmış 1972-ci il təvəllüdlü Abbasov Faiq İsaq oğlunun cəsədinin çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər