Masallıda 5 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda 5 otaqlı ev yanıb

10:48 - 01 / 02 / 2017
Masallıda 5 otaqlı ev yanıb

Masallı rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Masallı rayonunun İsgəndərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər