Polislər parkda özünü asan qadının həyatını xilas ediblər
Bakıda 32 yaşlı qadın intihara cəhd edib.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, Badamdar qəsəbəsindəki parklardan birində 1985-ci il təvəllüdlü Nərgiz Atayeva intihar etmək məqsədi ilə özünü iplə ağacdan asıb. Lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən intiharın qarşısını alınıb.
N.Atayeva polisə verdiyi ifadəsində hərəkətindən peşman olduğunu bildirib.
1news.az
904