Nalbandyan erməni tərəfinin qəsdən Azərbaycan əsgərinin cəsədini qaytarmadığını etiraf edib | 1news.az | Xəbərlər
Siyasət

Nalbandyan erməni tərəfinin qəsdən Azərbaycan əsgərinin cəsədini qaytarmadığını etiraf edib

12:11 - 01 / 02 / 2017
Nalbandyan erməni tərəfinin qəsdən Azərbaycan əsgərinin cəsədini qaytarmadığını etiraf edib

İrəvan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitini istintaq tədbirlərinin bitmədiyi üçün qaytarmır.

1news.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, bu sözləri Ermənistanın XİN rəhbəri Edvarda Nalbandyan qatarılmamağın səbəbi rəsmi səviyyədə təsdiqləndiyini bildirərkən qeyd edib.

O, yenə də Bakının ünvanına əsassız ittihamlar irəli sürərək qeyd edib ki, guya Azərbaycan “insidentlərin araşdırlması mexanizmindən imtina edir. Və bu şərtlərlə Ermənistan özü tədbirlər həyata keçirməli olur”.

Bununla yanaşı Nalbandyan erməni silahlı qüvvələrinin təmas xəttində insidentlərə səbəb olması ilə bağlı bir söz belə söyləmir. Və Dağlıq Qarabağın işğalı tərəflər arasında hərbi qarşıdurmanın ilkin səbəbi olduğunu da qeyd etmir.

Xatırladaq ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Həmçinin Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Nalbandyan həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar “Madrid prinsipləri əsasənda aparılır”:

“Dəfələrlə bildirilib ki, bunlar vahid şəkildə təqdim edilib. Yəni prinsiplər tam, paket olaraq. Lakin burada mərhələli qərarlar nəzərdə tutulub”.

Münaqişənin nizamlanması məsələsində Moskvanın rolundan danışarkən o, bildirib ki, Rusiya ABŞ və Fransa kimi böyük rol oynayır.

Bununla yanaşı o, növbəti dəfə ictimaiyyəti danışıqların pozulması ilə bağlı məsuliyyətin Azərbaycanın üstünə yıxmaqla yalan məlumat verməyə çalışıb:

 “Həmsədrləri deyil, Azərbaycanı ittiham etmək lazımdır. Danışıqların alternativi yoxdur”.

Mövzu ilə əlaqədar oxuyun:

Ermənistan əsgərimizin meyitini qaytarmaqdan imtina edir

XİN: Ermənistan tərəfi Azərbaycan əsgərinin cəsədini qaytarmamaqla Cenevrə Konvensiyasını pozur

BQXK: Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün vasitəçilik etməyə hazırıq

1news.az

Paylaş:
840

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər