Prezident İlham Əliyev gələn ay İrana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev gələn ay İrana səfər edəcək

12:59 - 01 / 02 / 2017
Prezident İlham Əliyev gələn ay İrana səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib.  

“Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır”, - deyə o bildirib.

Səfir İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparılmadığını da deyib.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər