Azərbaycana ilk Rolls-Royce Wraith Black Badge gətirilib – FOTO
Ötən cümə günü Rolls-Royce Motor Cars Bakı müştəriləri və brend dostları üçün Azərbaycanda ən birinci Wraith Black Badge avtomobilinin gəlməsini paytaxtın mərkəzindəki sərgi-satış salonunda keçirtdiyi nüfuzlu təqdimat mərasimi ilə qeyd edib.
Təqdimat salonu Bespoke seriyasının ruhuna uyğun tərzdə bəzəldilib: Black Badge həqiqi mənada əsl Rolls-Royce avtomobilidir - daha sirli, daha təsirli və son dərəcədə özünə əmin.
Təntənəli mərasimi açan Improtex Group-un vitse-prezidenti Vüqar Ələkbərov, qonaqları səmimi salamlayaraq, onlara rəhbərlik etdiyi şirkətin Azərbaycanın avtomobil bazarında keçdiyi uzun və uğurlu yol haqqında, eləcə də yeni planlar və perspektivlər haqda ətraflı danışıb.
Təqdimat mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts çıxış edib:
“Rolls-Royce Motor Cars biznesinin uğur tarixi gündən-günə artır və kanonik Rolls-Royce Ekstaz Ruhu Britaniyaya məxsus mühüm sənatkarlıq səviyyəsi kimi hər yerdə tanınır. Böyük Britaniyanın dəbdəbəli avtomobillər sənayesinin arasıkəsilməz uğuru həm Böyük Britaniyada, həm də bütün dünya üzərində yeni iş yerlərinin yaradılmasına köməkçi olur. Biz Rolls-Royce modellər sırasının növbəti nümayəndəsini Azərbaycanda səmimi qəlbdən salamlamağa məmnunuq”.
Rolls-Royce Motor Cars-ın daimi Bespoke seriyası olan Rolls-Royce Black Badge həm zahiri görünüşündə, həm də mühəndislik işləmlərində əsl dəyişiklik deməkdir. Wraith və Ghost avtomobillərinin hər ikisi Black Badge variantında mövcuddur və bu aydan etibarən müştərilərə təqdim olunacaq.
Rolls-Royce Motor Cars-ın Brend üzrə meneceri Nurlan Pənahlı Wraith Black Badge avtomobilinin təqdimatında vurğulayıb:
“Black Badge - həyata fərqli münasibətin olması və Rolls-Royce brendinin həyacanlı ruha malik insanlara istiqamətlənmiş mövqeyi deməkdir. Həmin insanlar gərgin iş şəraitində çalışır və öz statuslarını ifadə etmək niyyətindədir. Black Badge avtomobilini Bakıda canlı görmək – sözlə ifadə edilə bilməyən hissiyyatdir”.
Daha da sirli estetika Ekstaz Ruhunun yeni görkəmində: qabaq barmaqlığın tərtibatında, yük yeri qapağının işləməsində, hava sorucu boruların daha aşağı qurulmasında və səs boğucularının tünd metal rəngində boyanmasında öz əksini tapıb. Bundan başqa, qabaq, yan və arxa hissələrdə yerləşdirilmiş məşhur ikili R işarələri qara fonda gümüşü rəngdə hazırlanmış və bununla da, Rolls-Royce avtomobilin “Black Badge” adlı alternativ reallığa daxil olduğunu ifadə edir. “Black Badge” yaradılandan Rolls-Royce öz brendinin ikonasının xasiyyətinin ən gizli tərəflərini üzə çıxarır.
Black Badge avtomobilin salonunda isə Rolls-Royce brendinə məxsus ən müasir materiallara əsaslanan əsl təmtərağın və kosmik mirasın birləşməsi nəticəsində hədsiz perspektivlər mövcuddur.
Ayın əvvəlində lüks avtomobillərin lider istehsalçısı Rolls-Royce Motor Cars, 113 illik istehsalat tarixindəki ikinci rekord satış nəticəsi barədə məlumat verib. Belə ki, 2016-cı ilin satış nəticəsi 2015-ci ilin satış nəticəsinə nisbətən 6% yüksəkdir. Ümumilikdə dünyanın 50-dən artıq ölkəsində müştərilərə 4011 avtomobil satılıb və bu da öz növbəsində bütün dünya üzrə təmtəraq əşyaları bazarı gərgin şəraitdə olmasına baxmayaraq brendin nüfuzunun və davamlı uğurun sübutu olub.
Qeyd edək ki, Rolls-Royce Motor Cars Bakı Improtex Motors şirkətinin mühüm tərkib hissələrindən biridir.