Bakı sakininə məxsus 8 baş ceyran Ağgöl Milli Parkına buraxılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakininə məxsus 8 baş ceyran Ağgöl Milli Parkına buraxılacaq

18:14 - 02 / 02 / 2017
Bakı sakininə məxsus 8 baş ceyran Ağgöl Milli Parkına buraxılacaq

Fevralın 1-də Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq ETSN-yə təhvil vermək istəməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, daxil olmuş məlumat əsasında ETSN-nin əməkdaşları dərhal həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıb. Ceyranlar Şirvan Milli Parkına göndərilib və parkda onların bir neçə gün volyerdə saxlanılaraq adaptasiya dövrü keçməsi, həkim müayinəsinə cəlb olunması təşkil edilib. Ceyranların yalnız bu prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Mərdəkan qəsəbə sakini T.Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 2 baş üç aylıq ceyran balalarına həyətyanı sahəsində qulluq edib, 10 il ərzində təbii yolla çoxalmasına nail olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ildən Heydər Əliyev Fondu, IDEA Kampaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsini həyata keçirir. Layihənin Qafqaz ərazisində tətbiqinə başlanılıb və uğurlu nəticələr əldə olunub.

Hazırda Şirvan Milli Parkında adaptasiya keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə buraxılması həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşdıqda onların vəhşi təbiətə buraxılması üçün Nazirliyin 168 nömrəli qaynar xəttinə müraciət etmələrini xahiş edir.

1news.az

Paylaş:
536

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər