“Çağrı mərkəzləri”nə müraciətlərin sayı əvvəlki ayla müqayisədə 33,8 faiz azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Çağrı mərkəzləri”nə müraciətlərin sayı əvvəlki ayla müqayisədə 33,8 faiz azalıb

11:23 - 02 / 02 / 2017
“Çağrı mərkəzləri”nə müraciətlərin sayı əvvəlki ayla müqayisədə 33,8 faiz azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan bütün iş sahələrinin avtomatlaşdırılması və xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təşkil olunması nazirliyin “Çağrı mərkəzləri”nə müraciətlərin də getdikcə azalması ilə müşahidə edilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, cari ilin yanvar ayında bu tendensiya davam edib. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə müraciətlərin sayı əvvəlki dekabr ayı ilə müqayisədə 33,8 faiz azalaraq 15 min 279-a düşüb. Həmin müraciətlərin isə 96,5 faizi (14 743 müraciət) vətəndaşların aidiyyəti sahələrə dair sorğularından ibarət olub. Bu sorğuların hər biri ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşların dolğun şəkildə cavablandırılması, hüquqi məlumatlandırılması təmin olunub. Qalan 536 müraciət isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılaraq nəticələrinə uyğun tədbirlər görülüb.

Yanvar ayında 142 və 190 - “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 32,7 faizi sosial təminat, 5,7 faizi əmək qanunvericiliyi, 8,1 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub. Həmçinin müraciətlərin 4,6 faizində məşğulluğun təminatı, 3,1 faizində fərdi uçotun təşkili, 13,2 faizində pensiya və müavinətlər, 9,4 faizində məcburi dövlət sosial sığortası məsələləri əksini tapıb. Əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən faydalanmağa böyük ictimai marağın daha bir göstəricisi kimi, 142 və 190 - “Çağrı mərkəzləri”nə müraciətlərin 16,1 faizini həmin e-xidmətlərdən istifadə ilə bağlı müraciətlər təşkil edib.

Ötən ay müraciətlərin 7,1 faizində avtomatlaşdırılmış pensiya təyinatı məsələləri əksini tapıb. Bu sahə ilə bağlı əvvəlki dekabr ayına nisbətən 8 faiz çox müraciət daxil olub. Yanvar ayı ərzində “Çağrı mərkəzləri” vasitəsi ilə 126 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb ki, bu da dekabr ayı ilə müqayisədə 23,5 faiz çoxdur.

1news.az

Paylaş:
741

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər