Azərbaycanlı gənc kibritdən Şuşa məscidini düzəldib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gənc kibritdən Şuşa məscidini düzəldib – FOTO

12:10 - 02 / 02 / 2017
Azərbaycanlı gənc kibritdən Şuşa məscidini düzəldib – FOTO

Sərvər Abdullayev Qız Qalasının, Heydər Əliyev Mərkəzinin və Hökumət Evinin maketlərini hazırlayıb

Ağdamın Zəngişalı kənd sakini, 28 yaşlı Sərvər Abdullayevin hələ uşaqlıqdan əl işlərinə marağı olub. Dediyinə görə, hər hansı əşyanın şəklinə bir dəfə diqqətlə baxmaq kifayət edir ki, onun maketini hazırlasın.  Uşaqlıqda dəmir qutulardan avtomobil maketləri düzəldib. Kibrit çöpündən müxtəlif fiqurların hazırlanmasını isə ilk dəfə 3 il öncə internetdə izləyib və xəyalında olan evin maketini düzəltməyə qərar verib.

Heydər Əliyev mərkəzinin maketi

Bu, bəlkə də Sərvərin kibrit çöpündən hazırladığı ilk və son əl işi ola bilərdi. Əgər anası ondan hazırda işğal altında olan Ağdam şəhərinin simvoluna çevrilmiş çay evinin maketini hazırlamağı xahiş etməsəydi. İlk sifarişini anasından alan Sərvər hazırladığı maketə karton, dəmir və şüşə ilə yanaşı, 12 min ədəd kibrit çöpü işlədir. "Düzünü desəm, düzəldə biləcəyimə inanmırdım. Bağ evini düzəldəndə həmişə anam xahiş edirdi ki, "tez qurtar, çay evini düzəlt". Sonra çay evini başladım düzəltməyə, gördüm alınır. Amma çay evini düzəldəndə gündəlik işləmədim, 3-4 gün fasilə verdiyim vaxtlar olurdu. Ona görə də gec oldu — 5 aya ərsəyə gəldi" – deyir Sərvər Abdullayev.

Sərvərin növbəti əl işi Şuşa şəhərindəki məscidin maketini hazırlamaq olur. Şuşanı heç vaxt görməyən gənc məscidin şəkillərini tapır. 15 min ədəd kibrit çöpündən istifadə etməklə, 2 aya məscidin maketini hazırlayır.

Şuşa şəhər məscidinin maketi

"İndi yəqin Şuşa məscidində nə azan səsi var, nə də Qarabağ xalçası" deyən Sərvər düzəltdiyi məscidə xüsusi qurğu ilə azan səsi əlavə edir, içərisinə Qarabağ xalçası döşəməyi də unutmur.

Özünə güvəni artan Sərvər, ardıcıl olaraq Qız Qalasının, Bakı şəhərindəki Heydər Əliyev Mərkəzinin və Hökumət Evinin maketlərini hazırlayır. Onun əvvəllər yüzlərlə qutu kibrit alması mağaza satıcılarının da təəccübünə səbəb olurmuş. İndi bu, adi hala çevrilib:

"Çox alırdım – 40-50 qutu. Marketə girirdim, ancaq kibrit alırdım. Bir dəfə girib çörək almaq istəyirdim, satıcı soruşdu ki, "neçə qutu kibrit verim?" Cavab verdim ki, "kibrit istəmirəm, çörək alacam" –  müsahibimiz danışır.

Bir neçə ay öncə onun əl işləri Ağdamın Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzindəki rəsm qalereyasında nümayiş olunub. Bu günə qədər əl işlərindən maddi qazanc əldə etməyib, baxmayaraq ki, bir maketin hazırlanması üçün istifadə etdiyi kibrit, yapışqan və digər ləvazimatlara, təqribən 40-50 manat vəsait xərcləyir.

Sərvərin ən böyük arzusu hazırladığı maketlərin sərgisini xaricdə təşkil etməkdir.

S.Abdullayev, emalatxanası olarsa, daha çox işlər görəcəyinə və bundan maddi gəlir əldə edə biləcəyinə inanır. Ən böyük arzusu isə respublikadan kənarda, daha geniş auditoriya qarşısında hazırladığı maketlərin sərgisini təşkil etməkdir.

Sputnik

Paylaş:
1603

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər