İranlı deputat: Azərbaycan ilə İranın həyata keçirdikləri birgə layihələr xalqlarımızın mənafeyinə xidmət edir | 1news.az | Xəbərlər
Siyasət

İranlı deputat: Azərbaycan ilə İranın həyata keçirdikləri birgə layihələr xalqlarımızın mənafeyinə xidmət edir

14:32 - 03 / 02 / 2017
İranlı deputat: Azərbaycan ilə İranın həyata keçirdikləri birgə layihələr xalqlarımızın mənafeyinə xidmət edir

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun İran-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Salman Xodadadi ilə görüşündə hər iki ölkənin qanunverici orqanlarının əməkdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, səfir İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan ilə İranın tranzit daşımalar sahəsində həyata keçirdikləri birgə layihələr regional və beynəlxalq əhəmiyyət daşıyır. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu layihəsi isə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi üçün önəmli həlqədir.

B.Hüseynov Azərbaycan ilə İran arasında imzalanmış sazişlərin İslam Şurası Məclisində növbədənkənar ratifikasiya olunmasına göstərdikləri dəstəyə görə işçi qrupun üzvlərinə təşəkkürünü bildirib.

S.Xodadadi İran və Azərbaycan xalqlarının yaxın qonşu, dost və qohum xalqlar olduğunu nəzərə çatdırıb. Bakıya etdiyi səfərdən və keçirdiyi görüşlərdən danışan deputat son illər iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, iki dost və qardaş dövlətin həyata keçirdikləri birgə iqtisadi layihələrin xalqlarımızın mənafeyinə xidmət etdiyini diqqətə çatdırıb.

İşçi qrupun həmsədri Azərbaycan Prezidentinin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsini tarixi qərar və İslam dünyasında vəhdətə nail olmaq üçün irəli sürülən əhəmiyyətli ideya kimi qiymətləndirib.

İran parlamentinin nümayəndəsi Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda Heydər məscidi kimi möhtəşəm dini abidənin inşa edilməsini İslama göstərilən ən böyük xidmət adlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
606

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər