Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk | 1news.az | Xəbərlər
Siyasət

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk

15:29 - 03 / 02 / 2017
Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk

Rusiya münaqişələrin tənzimlənməsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndirir.

1news.az-ın məlumatına görə, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi növbəti brifinqdə Azərbaycan ilə Ermənistan arasında sülh platforması barədə sualı cavablandırarkən söyləyib.

O qeyd edib ki, RF XİN münaqişələrin dinc yolla həlli məqsədilə hər hansı ictimai təşəbbüsləri alqışlayır:

“Bu diplomatiyanın ən vacib missiyası münaqişə tərəflərinin ictimai dairələrində belə bir fikir yaratmaqdan ibarətdir ki, qarşılıqlı məqbul, kompromis həllərin dinc yolla axtarışının alternativi yoxdur”.

1news.az

Paylaş:
979

Son xəbərlər

Bütün xəbərlər