Azərbaycan XİN: Lapşinin məsələsini siyasiləşdirmək cəhdləri yanlışdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN: Lapşinin məsələsini siyasiləşdirmək cəhdləri yanlışdır

19:24 - 03 / 02 / 2017
Azərbaycan XİN: Lapşinin məsələsini siyasiləşdirmək cəhdləri yanlışdır

A.Lapşin vətəndaşlığını daşıdığı ölkələrin XİN-nin xüsusi xəbərdarlığına baxmayaraq, Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər edib. Adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək başqa ölkənin  pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini özü etiraf edib.

1news.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bloqer Aleksandr.Lapşin məsələsi ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq deyib. Onun sözlərinə görə, A.Lapşinin əməllərində kifayət qədər cinayət tərkibli elementlərin olduğuna görə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılıb və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib:

“Bloqer və ya jurnalist olmaq heç kimə qanunları pozmaq üçün əsas və ya toxunulmazlıq vermir. Ona görə də bu məsələni siyasiləşdirmək və ya ona “söz azadlığı” donu geyindirmək cəhdləri tamamilə yanlışdır. Sırf hüquqi müstəvidə olan bu məsələ ətrafında yaradılmış əsassız səs-küy və diskussiya tamamilə başa düşülən deyil”.    

H.Hacıyev bildirib ki, Azərbaycan MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq hüquqi addımları atıb:

“Bu məsələdə Ermənistanın əsassız və gülünc canfəşanlığı və mövzunu siyasiləşdirmək cəhdləri əslində Ermənistanın güddüyü çirkin məqsədlərini ifşa edir. Ermənistan əcnəbi vətəndaşları aldatma və digər yollarla işğal olunmuş Azərbaycan ərazilərinə səfərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğat oyunlarının alətinə çevirməyə çalışır”.

1news.az

 

Paylaş:
666

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər