Azərbaycanda həkimlər körpə üzərində mürrəkəb əməliyyat aparıblar
Mərkəzi Klinikanın həkimləri bağırsaqların anadangəlmə inkişaf qüsuru olan körpə üzərində mürəkkəb əməliyyat keçiriblər.
1news.az-a Klinikadan verilən xəbərə görə, bətndaxili ultrasəs müayinə zamanı körpənin bağırsaqlarında nadir rast gəlinən ciddi genişlənmə aşkarlanıb.
Doğulduqdan dərhal sonra qarnında köp, ödlü qusmaları olduğu üçün aparılan müayinələr nəticəsində nazik bağırsağın anadangəlmə qapalı olduğu düşünülərək təcili cərrahi əməliyyata alındı. Əməliyyat zamanı tibbi ədəbiyyatda soyulmuş alma qabığına bənzədilən nadir və olduqca ağır patologiya “İleal atreziya”, yəni nazik bağırsağın uc hissəsinin bağlı olduğu, yoğun bağırsağın da bətndaxili işləmədiyi görüldü.
Əməliyyat nəticəsində nazik bağırsağın qapalı hissəsi kəsilib çıxarıldı.
Körpə əməliyyatdan sonra yenidoğulmuşların reanimasiya şöbəsinə yatızdırıldı. Pediatriya şöbəsinin həkim kollektivinin gərgin səyləri nəticəsində körpə tam sağlam şəkildə evə yola salındı.
1news.az