Azərbaycan və İsveçrə xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İsveçrə xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

11:23 - 03 / 02 / 2017
Azərbaycan və İsveçrə xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə hər iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib. 

1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov isveçrəli həmkarına ünvanlandığı məktubda iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. O, tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb.

İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə bu ölkədəki uğurlu fəaliyyətinə toxunan E.Məmmədyarov, ölkəmizdəki nəqliyyat və dəmir yolu layihələrinə İsveçrə şirkətlərinin cəlb olunmasının ikitərəfli münasibətlərə töhfə verdiyini, eləcə də bu ölkə üçün regional perspektivdə Uzaq Şərqdən Şimali Avropaya qədər böyük coğrafiyada geniş imkanlar açdığını qeyd edib. E.Məmmədyarov təhsil, mədəniyyət, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.

İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burhalter Elmar Məmmədyarova göndərdiyi məktubda Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli münasibətləri və son 25 il ərzində bir çox sahələrdə inkişaf edən əməkdaşlığı qeyd edib. O, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında təkcə coğrafi baxımdan deyil, həmçinin iqtisadi və mədəni baxımdan körpü rolunu oynadığını qeyd edib.

İsveçrəli nazir mövcud tərəfdaşlığın ölkələrimiz arasında güclü bağları əks etdirdiyini və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə edib. Didye Burhalter sonda dostluq ruhundan çıxış edərək Azərbaycan xalqına xoş arzularını çatdırdığını bildirib.

1news.az

Paylaş:
636

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər