Masallıda evə silahlı basqın edənlər zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda evə silahlı basqın edənlər zərərsizləşdirilib

14:51 - 04 / 02 / 2017
Masallıda evə silahlı basqın edənlər zərərsizləşdirilib

Masallı rayonunda evə silahlı basqın edilib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, fevralın 1-də Masallı rayonunun Mahmudavar kəndində yaşayan Nazim Məmmədovun evinə girən şəxslər onu və arvadı Pərvanəni bıçaqla hədələyərək oradan 90 manat pul və noutbuk aparıblar.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Masallı RPŞ və Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Əli Quliyev, əvvəllər məhkum olunmuşlar - Vüsal Şükürov və Ramil Əsədov paytaxtın Suraxanı rayonu ərazisində tutulublar, daha 1 nəfər isə müəyyən edilib.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər