Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib

18:20 - 05 / 02 / 2017
Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib

Bərdədə 66 yaşlı qadın özünü binadan ataraq intihar edib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.

S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğu araşdırma başlayıb.

1news.az

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər