Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

22:53 - 06 / 02 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə  40-100  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, fevralın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Bankədə 2, Salyanda 6,  Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 sm (2016-cı il fevralın 6-da 446 sm), Şirvanda 347 sm (2016-cı il fevralın 6-da 369 sm), Salyanda 311 sm (2016-cı il fevralın 6-da 320 sm), Bankədə 238 sm (2016-cı il fevralın 6-da 232 sm), Araz çayının Novruzlu məntəqəsində isə 191 sm (2016-cı il fevralın 6-da 195 sm) təşkil edir.

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər