İrandan Azərbaycana keçən şəxs daxili orqanlarında heroin keçirməyə cəhd edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana keçən şəxs daxili orqanlarında heroin keçirməyə cəhd edib

12:41 - 06 / 02 / 2017
İrandan Azərbaycana keçən şəxs daxili orqanlarında heroin keçirməyə cəhd edib

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

1news.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər