Bakıda liseydə yanğın: müəllim və şagirdlər təxliyə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda liseydə yanğın: müəllim və şagirdlər təxliyə olunub

13:07 - 06 / 02 / 2017
Bakıda liseydə yanğın: müəllim və şagirdlər təxliyə olunub

Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli liiseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir birinə bitişik oturacaqlar yanıb.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub.

Lisey binası yanğından mühafizə edilib. Yanğın söndürülüb.

1news.az

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər