Dennis Sammut: Əgər Rusiyada kimsə Trampın simasında ABŞ-dan dəstək alacaqlarına inanırsa, o zaman yanılırlar | 1news.az | Xəbərlər
Siyasət

Dennis Sammut: Əgər Rusiyada kimsə Trampın simasında ABŞ-dan dəstək alacaqlarına inanırsa, o zaman yanılırlar

14:50 - 07 / 02 / 2017
Dennis Sammut: Əgər Rusiyada kimsə Trampın simasında ABŞ-dan dəstək alacaqlarına inanırsa, o zaman yanılırlar

Məşhur ekspert Dennis Samut Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin “Rusiyanın ABŞ-ın yeni prezidenti Donald Trampla SSR-i sərhədlərinin bərpasının razılığı” ilə bağlı çağırışını qeyri-ciddi adlandırıb.

“Jirinovski zaman-zaman heyranedici bəyanatlarla çıxış etməyi sevir. Açığı bu, ciddi şərhlər deyil”, - bunu 1news.az-a Londondakı LINKS analitika mərkəzinin rəhbəri, ekspert Dennis Sammut bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, Jirinovski D.Trampın ilk növbədə Amerika işləri (America First) ilə bağlı fikirlərini düzgün anlamayıb:

 “Düşünmürəm ki, V.Jirinovski bu ideyalara inanır. Bir neçə dəfə onunla görüşmüşəm. eləcə də şəxsi görüşlərdə olub. O, ictimai bəyanatlar zamanı çıxışlarından qat-qat daha ağıllıdır”.

Analitikin sözlərinə görə, bu cür bəyanatlar istər Jirinovski, istərsə də onunla birlikdə çalışanlar üçün əlverişlidir. Belə ki, həmin adamlar zaman-zaman bu cür bəyanatlar yaymaqla vətəndaşları öz real problemindən uzaqlaşdırmağa çalışır:

“Sovetlər Birliyi bərpa oluna bilməz. Belə ki, həmin birlik ideologiya əsasında yaradılmışdı. Bunu kim bərpa etmək istəsə də, Vladimir Putin etməyəcək”.

D.Sammut sovetlər dönəminin sonunda baş verən qanlı hadisələri xatırlayıb:

“Hər kəs Tiflisdəki 9 aprel, Bakıdakı 20 yanvar və digər hadisələri yaxşı xatırlayır. Bu problemin digər aspekti də var. Məhz Rusiya və bu ölkədəki bəzi dairəslərin hegemonluğu, eləcə də qonşu dövlətlərin müstəqilliyini məhdudlaşdırmaq istəməsidir.  

Bu, artıq baş verib. Və bunun post-sovet dövlətlərində də hər gün şahidi oluruq. Lakin heç kəs Rusiya layihələrinin bir hissəsi olmaq istəmir”.

Ekpert bildirib ki, keçmiş SSR-dəki dövlətlərdən heç biri hadisələrin bu cür axarından razı deyil:

“Rusiya və Belorus arasında olan gərginliyi görmək kifayətdir ki, bu hegemonluq modelini anlayasan. Lakin Moskvada hələ də buna inananlar var. Əgər onlar Trampın simasında ABŞ-dan dəstək alacaqlarına inanırlarsa, yanılırlar”.

Xatırladaq ki. “Sarqrad” telekanalında “Zaxarla çay” (Чай с Захаром)  müəllif proqramında  verdiyi müsahibədə Jirinovski qeyd edib ki, Rusiya ABŞ-ın yeni prezidenti Donald Trampla SSR-i sərhədlərinin bərpası məsələsini razılaşmalıdır:

“Əgər Rusiyanın prezidenti olsaydım deyərdim ki, Donald, gəlin Çin və İran üzrə razılaşaq. Biz tərəfdən SSR-inin sülh yolu ilə sərhədləri bərpa olunacaq. ABŞ isə xarici siyasətində keçmiş sovet respublikalarında baş verənlərə reaksiya verməyəcəyini bəyan edəcək. O ticarətçidir. İstəmir ki, Çin güclənsin, elə biz də istəmirik. Rusiya və ABŞ-ın İranla bağlı maraqları da üst-üstə düşür. Belə ki, İran cənubdan Rusiya üçün təhlükəldir. Rusiya ilə ABŞ-ın münasibətlərinin yaxşılaşması  elə bu dövlətlərin özləri üçün sərfəlidir. Belə ki, hazırda kommunizm təhlükəsi yoxdur”.

1news.az

Paylaş:
816

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər