Ermənilərin əlinə düşən vətəndaşımızla bağlı YENİ MƏLUMAT | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin əlinə düşən vətəndaşımızla bağlı YENİ MƏLUMAT

15:51 - 07 / 02 / 2017
Ermənilərin əlinə düşən vətəndaşımızla bağlı YENİ MƏLUMAT

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı tərəflərlə dialoqa başlayıb.

1news.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır:

“Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı E. Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

1news.az

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər