Qara rəngli yumurta və toyuq əti satılır - FOTO
Vətəni İndoneziya olan Ayam Cemani cinsinə aid toyuqlar melanin (bir çox orqanizmlərdə rast gəlinən piqment-rəng verən zülal - red.) səbəbindən pipiyindən daxili orqanlarına qədər qara rəngdədir. Bu toyuqlar alıcıların da diqqət mərkəzindədir. Qiymətləri isə hər gün bir az daha artır.
1news.az publika.az-a istinadla xəbər verir ki, genetik bir mutasiya səbəbindən bədənindəki tüklər, dərisinin rəngi, hətta yumurtası da qara rəngdə olsa da, ətinin və yumurtasının tərkibi adi toyuqlarla eynidir. Qanı isə adi toyuqlarınkı kimidir.
Toyuqlar o qədər məşhurlaşıb ki, artıq ABŞ-da yetişdirilməyə başlayıblar. Fermasında bu toyuqları saxlayan amerikalı Paul Bradşav onun görünüşünün təəccüblü olduğunu deyib:
“Günəş şüalarının altında onun qapqara tüklərinin arasında bənövşəyi və yaşıl rənglər də diqqəti çəkir. Bu toyuqların rənginin qapqara olmasının səbəbi onların adi toyuqdan 10 dəfə çox melanin istehsal etməsidir”.
Alimlər toyuqlardakı bu dəyişikliyin onlarla qidalananlar üçün heç bir təhlükəsinin olmadığını deyirlər.
Toyuqları 2, xoruzları isə 2,5-3 kiloqram olan nadir irqin bir vaxtlar ABŞ-da 2500 dollara satıldığı açıqlanıb.
Bu toyuqlarla bağlı XII əsrdə müxtəlif əfsanələr mövcuddur. Xüsusən də, zənginlər tərəfindən bəslənən qara rəngli toyuqlar sahibinə sərvət və güc gətirir. Toyuğun şans gətirdiyi kimi şərhlər verilir.
1news.az