“Dağlıq Qarabağa Doğru” ekoloji layihəyə start verilir
“ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN təşəbbüsü və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağa Doğru” ekoloji layihəyə start verilir.
1news.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin ekoloji fəaliyyətə diqqətinin yönəldilməsi, işğal altında olan Dağlıq Qarabağ torpaqlarının ekoloji problemləri ilə tanışlığı, həlli yollarında təkliflərin və təqdimat bacarıqlarının formalaşmasında dəstək olmaqdır.
Layihədə iştirak etmək üçün son müraciət tarixi fevralın 9-dur.
Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz: https://goo.gl/pTvFR2
1news.az
892