İlhamə Quliyevanın köməkçisi məhkəmə zalından azadlığa buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İlhamə Quliyevanın köməkçisi məhkəmə zalından azadlığa buraxılıb

18:22 - 07 / 02 / 2017
İlhamə Quliyevanın köməkçisi məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası verilməsini istəmişdi.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib.

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər