Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək | 1news.az | Xəbərlər
Rəsmi

Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək

18:28 - 07 / 02 / 2017
Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək

Azərbaycan prezidenti İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2017-ci ildə akademik H. Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

1news.az

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər