“Səba” məhsulları yeni Azexport.az platformasında təqdim olunmağa başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Səba” məhsulları yeni Azexport.az platformasında təqdim olunmağa başlayıb

10:20 - 07 / 02 / 2017
“Səba” məhsulları yeni Azexport.az platformasında təqdim olunmağa başlayıb

“Səba” brendi www.azexport.az platformasına çıxıb.

İndiyədək yalnız öz mağazaları və distribüterlər vasitəsilə yayılmaqla, digər mağazalarda satılan “Səba” məhsulları Azərbaycanda istehsal olunan məhsulların ümumi məlumat bazası olan bu saytda da təqdim olunmağa başlayıb.

Saytda həm “Səba” ASC-nin istehsalı olan quş əti məhsulları, həm “Biləsuvar Aqro”-nun süd məhsulları, həm də “Dəvəçi Dərin Emal” müəssisəsinin yarımfabrikatları yerləşdirilib.

Qeyd edək ki, “Səba” brendi “Made in Azerbaijan” nişanı ilə quru süd ixracını həyata keçirir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkil etdiyi ixracın təşviqi missiyalarında fəal iştirak edən şirkət artıq bəzi xarici şirkətlərlə razılaşmalar reallaşdırmaq ərəfəsindədir.

“Ümid edirik ki, dövlətin bizim üçün yaratdığı bu yeni imkandan, www.azexport.az platformasından istifadəmiz xarici ölkələrdə məhsullarımıza alıcı tapılmasına vasitəçi olacaq” – Səba şirkətindən belə bildiriblər.

Reklam hüququnda

 

Paylaş:
765

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər