Nargis Fondu qarlı havada avtobus vurmuş uşağa gələcək bəxş etdi – FOTO
Yanvarın 28-də hər kəs Bakıya yağan qarla oynamaqdan həzz alarkən Dadaşovlar ailəsində faciə baş verir.
Həmin günü balaca Əmir babası ilə yağan qara sevinir. Lakin evə gələrkən yolu keçəndə qəfil gələn avtobus uşağı vurur. Əmirin atası İmran Dadaşov bildirir ki, əmisi ilə (uşağın babası kimi qeyd edilir) Əmir yolu piyada zolağından yaşıl işıqda keçiblər:
“Sürücü Yol Hərəkəti Qaydalarını pozub. O, döngədə dayanmalı idi. Uşağı vurması bir yana, hətta hadisə yerindən qaçmağa da imkan tapıb. Tanımadığım iki insana çox minnətdaram. Onlar oğluma ilkin yardım göstəriblər. Məhz onlar oğlumu xəstəxanaya çatdırıb, müayinə etdirib, hətta əməliyyat zamanı qan da veriblər. Bu insanlar qarşısında əvəzi ödənilməz dərəcədə borcluyam”.
Avtobusun sürücüsü ortaya çıxmadı. Lakin onun anası İmranın yanına gəlir:
“Mən münaqişəkar insan deyiləm və hadisəni məhkəməyə qədər çatdırmaq da istəmirəm. Lakin bu sürücünün insanlıqdankənar hərəkəti məni hiddətləndirir. İnsafsız və qorxaqlığı da həmçinin. O, hətta mənimlə danışmağa özü gəlməyib, anasını göndərib. Anası yalvardı ki, polisə ərizə verməyək, lakin... sürücünün ailəsi uşağıma heç bir maddi yardım göstərmədi.
Onların sözlərinə görə, 200 manatdan artıq pul verə bilməzlər. Hadisənin birinci günü 700 manat xərcimiz çıxdı. Bizə köməklik edən, eləcə də Əmirin zədələrinə cəld və dəqiq reaksiya göstərən həkim heyətinə də minnətdaram.
Onların sözlərinə görə, ilk əməliyyat olduqca çətin idi: oğlumun çanaq-bud oynaqlarında zədələr, güclü daxili qanaxmaları vardı. Allaha çox şükür ki, onun daxili orqanlarında ciddi zədələri yoxdur, lakin travmaları olduqca ciddidir. Buna görə də, daha bir əmliyyata ehtiyac var. Bu da oğlumun tam sağalmasına, əlil qalmamasına kömək edəcək. Hələ də özümə gəlməmişəm, lakin ən vacibi Əmirin sağlamlığıdır”.
Onun sözlərinə görə, əməliyyat 4 min manatdır. Adının qeyd edilməsini istəməyən bir şəsxin sayəsində artıq 1500 manat toplanıb:
“Özümü kasıb insan adlandıra bilmərəm. Lakin çox yüksək əməkhaqqım da yoxdur. Gözlənilməz xərclərə hazır deyildim. Kömək üçün müraciət etməyə də utanıram. Amma söhbət övladdan gedirsə hər şey unudulur. Faciənin ilk günündə yanımızda olan dostlarıma, tanımadığım insanlara minnətdaram. Sadəcə çox az zamanımız var. Tez bir zamanda əməliyyat olunmalıdır ki, sağalmaq üçün şans yüksəlsin”.
Əmiri çox ağır əməliyyat gözləyir.
Faciə ilə bağlı məlumat sosial şəbəkələrdə yayılarkən, sevindirici xəbər də gəldi: Əmirin bütün xərclərini Nargis Fondu öz üzərinə götürəcək.
Bu haqda Əmirin ailəsinə ilk gündən dəstək göstərən Nailə Sultanova məlumat verib. Onun sözlərinə görə, Nargis Fondunun əməkdaşları hadisə ilə bağlı sosial şəbəkələrdən xəbər tutublar:
“Əmir üçün vəsait toplanması bağlandı! Lazımi vəsaiti Nargis Fondu ödəyəcək! Bizim 1000 Azn və 500$ vardı! Qalan xərcləri və əmliyyatın pulunu Fond özü ödəyəcək. Fonda, eləcə də köməklik göstərən hər bir kəsə minnətdarıq! Xahiş edirəm, Əmir üçün dua edək! İnşaallah hər şey yaxşı olacaq!!!
Lakin hadisəni törətmiş avtobus srücüsünün cinayətə cəlb edilməsi məsələsi hələ də aktualdır.
“Fevralın 3-də əmimlə Baş Polis İdarəsində olduq. O, ərizə yazdı. Müstəntiq qeyd etdi ki, günahkar tezliklə cəzalandırılacaq. Təkrar edirəm, onun həbsxanaya girməsində heç bir məqsəd güdmürəm. İstəyirəm ki, o, insanlıq göstərsin, anasının arxasında gizlənməsin. Anası anlayış göstərməyə çağırır bizi. Bəs bizi kim anlayacaq? Oğlum ağır vəziyyətdədir, bu insan isə bizimlə əlaqə saxlamayaraq üzr belə istəməyib”.
“38 saylı avtobusun sürücüsü Şamxal öz yolu ilə gedirmiş. Lakin döngədə o, piyadalara yol verməli idi. Lakin o, bunu etmədi”.
1news.az-a Yasamal rayon Polis bölməsindən bildiriblər ki, hadisə ilə bağlı cinayət işi açılıb:
“Müstəntiq cinayət işi ilə bağlı material toplayaraq araşdırma aparır. Yol Nəqliyyat Hadisəsi ilə bağlı videoyazının alınması üçün sorğu göndərilib. Bütün lazımi tədbirlər görülür”.
Oxcularımızı Əmirin sağlamlığı, eləcə də araşdırma faktları ilə bağlı diqqətdə saxlayacağıq.
1news.az