Lapşinin ekstradisiyası ilə bağlı 4 başlıca bənd | 1news.az | Xəbərlər
Siyasət

Lapşinin ekstradisiyası ilə bağlı 4 başlıca bənd

13:41 - 08 / 02 / 2017
Lapşinin ekstradisiyası ilə bağlı 4 başlıca bənd

Dünəndən bəri Lapşinin Minskdan Bakıya ekstradisiyası ilə bağlı şərhləri oxuyuram. Və elə təəssürat yaranır ki, sanki bəziləri baş verənlərin mahiyyətini dərk etmir.

Bəs görəsən nə baş verib?

Lapşin işğal altında olan Dağlıq Qarabağa dəfələrlə səfər etmiş, oxucularına coğrafiyanın əsrarəngizliyindən bəhs edən sadəcə səyyah deyil.

Öz təxribatçı və qərəzli paylaşımları ilə o, münaqişə tərəflərindən birini (erməni) tutaraq onun maraqlarını səbəbli və ya səbəbsiz olaraq inkişaf etdirir. Ən başlıcası isə, öz fəaliyyəti ilə Azərbaycan Respublikası və onun suverenliyinə qarşı çağırışlar edir.

Azərbaycan XİN-in “qara siyahısına” salınmış bir çox şəxslərədən fərqli olaraq Lapşini bu fakt nəinki kədərləndirirdi, bəzi hallarda isə hətta əyləndirirdi.

Onun etdiyi paylaşımdan da aydın görünür ki, Lapşin açıq surətdə bizləri məzxərəyə qoyaraq “qara siyahı”dakı 16-cı sıradakı yerini sevinclə təsdiq edir və növbəti səfər üçün vəsait toplayır ki, tezliklə yuxarı sıralara yüksəlsin.

Görünür, bütün bunlar onu əyləndirirdi. Maraqlıdır, indi də onuncun gülməlidir?

Onun açıq-aşkar istehzası nəinki paylaşımlarda, hətta konkret olaraq fəaliyyətində də özünü göstərirdi.

“Qara siyahıya” salınmış olaraq 2015-ci ilin yayında Rusiya və İsrailin vətəndaşı olan Lapşin  risk edərək başqa bir pasportla – Ukrayna (maraqlıdır, onun daha neçə pasportu var?) Azərbaycana gəlir. Bu sənəddə onun adı bir qədər fərqli yazılıb (Oleksandr).

Bu nədir? Hər kəsə cəzasızlığı sübut etməyə yönəlmiş növbəti kobud hərəkət? “Qarabağa səfər etməkdən qorxmayın, mən daha sonra Bakıda da oldum” kimi?

Lapşin odla oynayırdı.

İndi isə zənnimcə, onun ekstradisiyası və enişinin vacibliyi haqda (ümid edirəm ki, o, həbs ediləcək. Lakin mən Lapşini Ermənistan həbsxanasında qanunsuz saxlanılan işğal olunmuş həmin Dağlıq Qarabağa QANUNİ olaraq səfər etmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsini daha çox alqışlayardım).

Lapşinin ekstradisiyası hər kəsə göstərdi ki:

1. Azərbaycan üçün suverenlik və ərazi bütövlüyü məsələsi (bunu dəfələrlə Prezident İlham Əliyev qeyd edib) birmənalı olaraq şübhəyə məruz qalmamalıdır.

Rusiya tərəfinin açıq ismarışlarına baxmayaraq Bakının sərt prinsipiallığı bir daha sübut edir ki, bu məsələdə Azərbaycan üçün “nüfuzlular” yoxdur. Yalnız milli maraqlar var!

2. Lapşinin ekstradisiyası – bu, digər dövlətlərin işğal olunmuş ərazilərinə səfər etmək istəyənlər üçün heyratamiz ismarışdır. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, buraya Rusiyanın tərkibinə daxil edilmiş Krım da aiddir (ola bilsin ki, bununla onun bu cür presedentin meydana çıxmasına mane olmaq istəyi aydınlaşır).

İndi isə istənilən “blogger-səyyah” və ya jurnalist işğalçı tərəfə gedərək, oradakı vəziyyətlə bağlı danışmadan öncə üç dəfə düşünəcək.

İndi heç kəs Lapşin kimi özünü göstərmək üçün risk etməyəcək. Mənə elə gəlir ki, bu, sadəcə olaraq gözəl perspektivdir. Belə ki, hər zaman separatçıların sponsorları və onlara təəssübkeşlik edənlərə ikrah hissi keçirmişəm.

Yeri gəlmişkən, bu presendent Dağlıq Qarabağ separatçılarının özlərini də narahat edir.

Dünən onların sözçüsü – David Babayan çıxışında bildirib ki, indi işğal olunmuş ərazilərə “press-turlar”ın sayı azala bilər.

3. Lapşinin Minskdan Bakıya gətirilməsi göstərdi ki, hətta söhbət Azərbaycanın Gömrük İttifaqı və KTMT üzrə “müttəfiqi”ndən getsə belə, erməni diplomatiyası Azərbaycanınkından çox-çox zəifdir.

Hazırda ermənilər Lukaşenkonu qəbul etdiyi qərara görə təhqir etməyə başlayıb. Bu, aydındır. Eynilə bunu Nazarbayev bu qurumların Azərbaycanla bağlı mövqelərinə qarşı çıxış zamanı də edirdilər. Nə qədər cəhd etsələr də fakt, fakt olaraq qalır. Azərbaycanın Gömrük İttifaqı və KTMT-yə təsiri Ermənistandan daha çoxdur.

Göründüyü kimi, heç kəsin dəstəyi kömək edə bilmədi.

4. O qədər aydın olmasa da, daha bir müsbət məqam. Apreldən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsində əsl dönüş anı oldu. Bu da bizim ruh yüksəkliyimizə müsbət təsir göstərdi.

Bu, erməni ordusunun “ara, Bakıya bir həftəyə çatarıq” kimi əfsanəsinin puç olmasında ermənilər üçün ilk və ağırılı şok idi.

Dörd gün davam edən gərginlik göstərdi ki, erməni ordusu dəstək almasa parça-parça olar. Bu, geosiyasi vəziyyət (məqsədli surətdə dəyişir) qəfil dəyişərsə ermənilərin rəhm gözləməməyi aydın anlaması üçün nümunəvi çıxış idi.

Bu müharibənin dayandırılması üçün öz yanlış və doğruları ilə yüksəkçinli məmurlar Bakıya gələndə Sarkisyanın yazıq-yazıq ağladığını yaxşı xatırlayıram. Lakin özünə inamı, milli birliyi və ruh yüksəkliyini dirçəltmək heç kəsin gücündə deyil.

Təsadüfi deyil ki, Gallup kimi, beynəlxalq sorğular göstərir ki, Azərbaycanda öz torpaqları uğrunda döyüşmək üçün əhalinin 85%-i hazırdır. Bu, dünya üzrə 6-cı göstəricidir ki, erməniləri üstələyir. Yeri gəlmişkən onlarda 72%-dir.

Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı fərman məhz aprel döyüşlərinin nəticələrinə uyğun mümkün oldu. Eləcə də cəmiyyətin müsbət reaksiyası da Qarabağ məsələsində hər kəsin emosional vəziyyəti üçün daha bir addım oldu.

Lapşinin esktradisiyası yuxarıda qeyd edilmiş müsbət məqamlarla yanaşı, oxşar effektə malik olacaq.

Nəhayət ki, bizim xeyrimizə istənilən “müsbət” – ermənilər üçün “mənfidir”.  Sizi bilmirəm, amma bu, məni sevindirir.

Ola bilsin ki, bu məsələnin digər müsbət aspektləri haqda da yazmaq olar. Lakin mənə elə gəlir ki, bu 4 bənd olduqca kifayətdir.

Rəhman Hacıyev

1news.az-ın Baş redaktoru

Paylaş:
1257

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər