Fuad Muradov: “Lapşin məsələsi erməni diasporu ilə hakimiyyət arasında ciddi konflikt yaradıb” | 1news.az | Xəbərlər
Siyasət

Fuad Muradov: “Lapşin məsələsi erməni diasporu ilə hakimiyyət arasında ciddi konflikt yaradıb”

16:44 - 08 / 02 / 2017
Fuad Muradov: “Lapşin məsələsi erməni diasporu ilə hakimiyyət arasında ciddi konflikt yaradıb”

Xəbər verdiyimi kimi, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib. Aleksandr Lapşini Belarusdan Azərbaycana gətirən təyyarə ötən gün saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. İndi onu Bakıda mühakimə olunmaq gözləyir.

1news.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov açıqlama verib.

Deputat bildirib ki, Lapşinin Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan hakimiyyətində və cəmiyyətində ciddi narahatlıq var:

“Ermənistan mətbuatı bunu aşıq şəkildə biruzə verməsə də, hiss olunur ki, Ermənistan hakimiyyətinin ciddi narahatlığı ortadadır. Erməni diasporu bu vaxta qədər kimlərisə hansısa şəkildə aldadaraq, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər təşkil edirdi. Narahatlıq isə ondan qaynaqlanır ki, bundan sonra hansısa xarici vətəndaş çətin ki, Azərbaycanın işğal altında olan torpaqlarına səfər etsin”, - deyə komitə sədri bildirib.

F. Muradovun sözlərinə görə, bəzi qüvvələr Lapşin məsələsini siyasiləşdirmək istəyir.

“Məsələyə siyasi yanaşmaq düzgün deyil. Bu, əslində Ermənistan tərəfinin sərgilədiyi mövqedir. Ermənistan hər vəchlə çalışır ki, məsələni siyasiləşdirsinlər. Ancaq beynəlxalq hüquq var. Bütün prosedurlar beynəlxalq hüquqla tənzimlənir. Belarus da beynəlxalq hüquq normalarını yerinə yetirib. Həm də düşünürəm ki, bu hadisə əcnəbi vətəndaşları dünyanın hər hansı işğal olunmuş zonasına getməzdən öncə düşündürəcək. Bu kimi hallar Azərbaycanın işğal olunmuş ərazilərinə də gəlmək istəyən xarici vətəndaşları çəkindirəcək”.

Deputat bildirib ki, erməni diasporu nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, məğlub olduğu göz önündədir.

“Erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında ciddi konflikt yaranıb. Çünki Lapşin məsələsinə görə Ermənistan hakimiyyəti suçlanır. Erməni diasporu deyir ki, onlar hər vəchlə Dağlıq Qarabağa səfər təşkil edir, Ermənistan hakimiyyəti isə ora gedənləri müdafiə edə bilmir. Aleksandr Lapşinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanda məhkəmə qarşısına çıxarılması normal haldır. Beynəlxalq hüquq normaları işləmədikcə, belə tendensiyaların sayı artacaq. Bu da dünyanın təhlükəsizliyi üçün zərərlidir.

Bir sual vermək istəyirəm: Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər hansı bir əcnəbi vətəndaşın oradan Azərbaycan vətəndaşına güllə atmayacağına kim zəmanət verə bilər? Kim bundan əmin ola bilər? Əgər bu adam Azərbaycanın işğal altındakə ərazilərinə Azərbaycandan icazəsiz gedirsə, demək ki, o, Azərbaycan dövlətinə, xalqına qarşı çıxır. Bu da Azərbaycan əsgərinə güllə atmaq kimi bir şeydir.

Azərbaycanın işğal edilmiş əraziləri nəzarətsiz bir yerdir. Ora gedən əcnəbilər hər şeyi edə bilər. Ermənistan tərəfi bildirir ki, Lapşin məsələsi Ermənistan turizminə də zərər vuracaq. Guya onlar işğal etdikləri Azərbaycan ərazilərində bir turizm zonası yaradıblar. Əlbəttə ki, bu, tamamilə yalandır. Çünki özünü turist qismində görən bir insan işğal olunmuş yerə getməz. İşğal edilmiş ərazilərdə ancaq terrorçular toplanır və orada qanunsuzluqlar olur. Heç kim təminat vermir ki, Azərbaycanın işğal edilmiş ərazilərində terrorçular yetişdirilmir. Narkotik dövriyyəsinin çoxalmasını heç kim istisna edə bilməz”.

1news.az

Paylaş:
679

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər